De Byazi: \

De Byazi: \"Azərbaycanda güclü futbolçular var, amma Kvaratsxeliya...\"

Hazırda oxunan: De Byazi: \"Azərbaycanda güclü futbolçular var, amma Kvaratsxeliya...\"

99361

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliyanın "Radio CRC"a radiosuna açıqlama verib.

Bizim.Media xəbər verir ki, o "Napoli"nin A seriyasında və Çempionlar Liqasındakı çıxışı, həmçinin komandanın futbolçusu Xviça Kvaratsxeliya barədə danışıb.

Mütəxəssis Azərbaycanda da güclü oyunçuların olduğunu bildirsə də, Kvaratsxeliyanın daha üstün keyfiyyətlərə malik olduğunu deyib:

“İndi gördüyünüz "Napoli" azarkeşlərini heyrətləndirir və sevindirir. "Ayaks"a qarşı ilk görüş çətin keçmişdi. Cavab oyununun da asan olmayacağını gözləmək olardı. Amma biz də onlar da gözəl oyun nümayiş etdirdilər. Azərbaycanda əlbəttə ki, güclü oyunçular var. Lakin Xviça Kvaratsxeliya bütün lazımi keyfiyyətlərə sahibdir.
O, utancaq görünsə də, güclü xarakterə, qeyri-adi texniki qabiliyyətə malikdir. O, həmişə komandası üçün üstünlük yaradan futbolçudur.

Kvaratsxeliya A seriyasına çox tez uyğunlaşdı. Nəticədə də uğur qazanır. Amma onsuz da “Napoli” qeyri-adi işlər görür. Viktor Osimhen Çempionlar Liqasında, A seriyasında, İtaliya kubokunda qələbələr uğrunda mübarizədə kömək edəcək başqa bir "silahdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO