Taekvondoçularımız Niderland çempionatında iştirak edəcəklər

Taekvondoçularımız Niderland çempionatında iştirak edəcəklər

Hazırda oxunan: Taekvondoçularımız Niderland çempionatında iştirak edəcəklər

99045

Azərbaycan taekvondoçuları oktyabrın 15-də Eyndhoven şəhərində keçiriləcək açıq Niderland çempionatında iştirak edəcəklər.

Bizim.Media federasiyaya istinadən xəbər verir ki, ölkəni kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov, qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçisi Sənan Həşimovun rəhbərliyi altında 8 idmançı təmsil edəcək.

Yarışda dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Sədri Həmidrza (58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq) və Sona Ağayeva (49 kq) çıxacaq.

Bu gün Niderlanda yollanan komanda oktyabrın 16-da Vətənə qayıdacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO