UEFA Çempionlar Liqasının qrup mərhələsində dördüncü tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, A qrupunda "Napoli" İtaliyada Niderland "Ayaks"ını məğlub edərək sona 2 tur qalmış pley-offa vəsiqəni rəsmiləşdirib. İngiltərə "Liverpul"u isə Şotlandiyada "Reyncers"i 7:1 hesabı ilə darmadağın edib.
B qrupunda Portuqaliya "Portu"su Almaniyada "Bayer"in qapısından 3 cavabsız top keçirib. İspaniya "Atletiko"su isə Belçika "Brügge"si ilə heç-heçəyə razılaşıb.
C qrupunda Almaniya "Bavariya"sı Çexiyada "Viktoriya" (Plzen) komandasını məğlub edərək adını səkkizdəbir finala yazdırıb. Bu qrupun digər matçında isə İtaliya "İnter"i İspaniyada "Barselona" ilə sülhə razılaşıb.
D qrupunda isə "Tottenhem" İngiltərədə Almaniya "Ayntraxt"ına, Fransa "Marsel"i isə Portuqaliyada "Sportinq"ə qalib gəlib.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
12 oktyabr
A qrupu
"Napoli" (İtaliya) - "Ayaks" (Niderland) - 4:2
Qollar: İrvinq Losano, 4. Cakomo Raspadori, 16. Xviça Kvaratsxeliya, 62 (penalti). Viktor Osimhen - Devi Klassen, 49. Stiven Berqveyn, 83 (penalti)
"Reyncers" (Şotlandiya) - "Liverpul" (İngiltərə) - 1:7
Qollar: Skott Arfild, 17 - Roberto Firmino, 24; 55. Darvin Nunyes, 66, Məhəmməd Salah, 76; 80; 81. Harvi Elliott, 87
B qrupu
"Atletiko" (Madrid, İspaniya) - "Brügge" (Belçika) - 0:0
"Bayer" (Almaniya) - "Portu" (Portuqaliya) - 0:3
Qollar: Qaleno, 6. Mehdi Taremi, 53 (penalti), 64 (penalti)
C qrupu
"Viktoriya" (Plzen, Çexiya) - "Bavariya" (Almaniya) - 2:4
Qollar: Adam Vlkanova, 62. Yan Kliment, 75 - Sadio Mane, 10. Tomas Müller, 14. Leon Qoretska, 25; 35
"Barselona" (İspaniya) - "İnter" (İtaliya) - 3:3
Qollar: Usman Dembele, 40. Robert Levandovski, 82; 90+2 - Nikola Barella, 50. Lautaro Martines, 63. Robin Qosens, 89
D qrupu
"Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Frankurt, Almaniya) - 3:2
Qollar: Hın Min Son, 20; 36. Harri Keyn, 28 (penalti) - Daiti Kamada, 14. Faride Alidu, 87
"Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa) - 0:2
Qollar: Matteo Genduzi, 20 (penalti). Aleksis Sançes, 30
Qeyd edək ki, İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Siti", İtaliyanın "Napoli", Belçikanın "Brügge" və Almaniyanın "Bavariya" komandaları pley-offa vəsiqə qazanıblar.
Bizim.Media