"Qarabağ" – "Olimpiakos" oyununun hakimləri bəlli oldu

Hazırda oxunan: "Qarabağ" – "Olimpiakos" oyununun hakimləri bəlli oldu

98560

Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün təyinatlar açıqlanıb.

Bizim.Media xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Kreyq Pausona Li Betts və Yan Hassin laysmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək.

Darren Con Herbert VAR hakimi, Peter Banks isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Con Skyervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Yankoviçdir.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO