"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Olimpiakos"la Yunanıstanda keçirəcəyi matç üçün nəzərdə tutulmuş biletlərin böyük hissəsi satılıb.
Bizim.Media Yunanıstan mətbuatına istinadən xəbər verir ki, satışda yalnız 4000 bilet qalıb. Bildirilir ki, bu biletlərin də matçadək satılacağı gözlənilir.
Qarşılaşma üçün bilet satışı sürətlə davam edir. Ona görə də Ağdam təmsilçisinin "Olimpiakos"la səfər oyununda anşlaq olacaq. Pirey təmsilçisinin stadionunun 33 min tamaşaçı tutumu var.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" matçı oktyabrın 6-sı "Georgios Karaiskakis" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Arenanın azarkeş tutumu isə 32 min 115 nəfərdir.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:44 / 05.10.2022
"Olimpiakos" - "Qarabağ" oyununa böyük maraq - Anşlaq olacaq
Hazırda oxunan: "Olimpiakos" - "Qarabağ" oyununa böyük maraq - Anşlaq olacaq
Hazırda oxunan: "Olimpiakos" - "Qarabağ" oyununa böyük maraq - Anşlaq olacaq
97461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.