Azərbaycanlı iki cüdo hakimi yeni status aldı - FOTO 

Azərbaycanlı iki cüdo hakimi yeni status aldı - FOTO 

Hazırda oxunan: Azərbaycanlı iki cüdo hakimi yeni status aldı - FOTO 

97222

Azərbaycan Cüdo Federasiyasının (ACF) iki hakimi B kateqoriyalı beynəlxalq status alıb. 

Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın məlumatında bildirilib. 

Məlumata görə, Bəhriyyə Hüseynova və Elşad Əsədov Sloveniyanın Sele şəhərində Avropa Cüdo Birliyi (EJU) tərəfindən təşkil olunmuş imtahandan uğurla keçiblər. 

Onlar İlkin olaraq nəzəri hissəyə dair, daha sonra 1-2 oktyabrda keçirilən böyüklər arasında Açıq Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər. 
Qeyd edək ki, bu il federasiyanın hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyası qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO