"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atdı

Hazırda oxunan: "Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atdı

97086

"Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasında yeni yeni nailiyyətə imza atıb.

Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" buna "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri VIII tur oyununda müvəffəq olub.

Ağdam təmsilçisi xal itkisi ilə üzləşməyən yeganə komandadır. Bu, ölkə çempionatları tarixində 8-ci belə seriyadır. Cari mövsümədək 7 dəfə bir klub ilk yeddi qarşılaşmada xal itirməyib.

"Qarabağ” ikinci dəfə bunu bacarıb. Komanda 2019/20 mövsümünə də belə başlayıb.

Tarixdə yalnız 4 kollektiv belə starta imza atıb. “Qarabağ”dan başqa, “Neftçi” dörd (1992, 1994/95, 1996/97, 2000/01), “Şəfa” (2003/04) və “Xəzər Lənkəran” (2007/08) hərəyə bir dəfə ilk yeddi görüşdə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO