Azərbaycan taekvondoçusu Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan taekvondoçusu Avropa çempionatında gümüş medal qazandı

Hazırda oxunan: Azərbaycan taekvondoçusu Avropa çempionatında gümüş medal qazandı

96700

Albaniyanın paytaxtı Tiranada 21 yaşadək taekvondoçular arasında Avropa çempionatına yekun vurulub.

Bizim.Media xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan yığması daha bir medal qazanıb.

Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanovun çalışdırdığı komandanın heyətində Cavad Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb. 1/16 finalda Pablo Patinonu (İspaniya) 2:1 hesabı ilə məğlub edən taekvondoçumuz ardıcıl olaraq Aleksios Bouqas (Yunanıstan), Furkan Korpe (Türkiyə) və Con Porxa (Almaniya) 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Ağayev həlledici döyüşdə də türkiyəli idmançı ilə qarşılaşıb. Arslan Dəmirlə görüş gərgin alınıb. Rəqib 2:1 hesabı ilə qələbə qazandığından Cavad gümüş medala sahib olub.

Bununla da, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi millinin Avropa çempionatında qazandığı mükafatların sayı 3-ə çatıb. Ağayevdən öncə Səyyad Dadaşov (54 kq) qızıl, Eltac Qafarov (74 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, yığma Avropa çempionatının ardınca oktyabrın 1-2-də Tiranada keçiriləcək G2 kateqoriyalı açıq Albaniya çempionatında da qüvvəsini sınayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO