U-19 millimiz seçmə mərhələni xalsız başa vurdu

U-19 millimiz seçmə mərhələni xalsız başa vurdu

Hazırda oxunan: U-19 millimiz seçmə mərhələni xalsız başa vurdu

96130

Azərbaycan U-19 millisi bu gün Avro-2023-ün seçmə mərhələsində son oyununu keçirib.

Bizim.Media xəbər verir ki, yığmamız Lüksemburqla qarşılaşıb. Bolqarıstanın Albane şəhərində oynanılan matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, yığmamız seçmə mərhələni xalsız başa vurub. Miloş Velebitin komandası əvvəlki oyunlarda Bolqarıstana (0:1) və Türkiyəyə (1:5) uduzub.

Bu qrupda keçirilən Bolqarıstan - Türkiyə matçı isə 1:1 hesabı ilə başa çatıb.

Bugünkü nəticələrdən sonra Türkiyə və Lüksembruq milliləri turnir cədvəlində ilk iki yerin sahibi kimi növbəti mərhələyə yüksəlib.
27 sentyabr

Avro-2023, seçmə mərhələ

18:00. Lüksemburq U-19 – Azərbaycan - U-19 - 1:0

Qol: Leon Elşan, 7-pen.

Baş hakim: Helgi Mikael Jonasson (İslandiya)

18:00. Bolqarıstan U-19 - Türkiyə U-19 - 1:1

Qollar: Karapo, 66 (0:1), Pavlov, 70 (1:1)

Xallar: Türkiyə - 5, Lüksemburq - 5, Bolqarıstan - 5, Azərbaycan - 0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO