“Bu gün çox yaxşı oyun göstərdik”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində Qazaxıstanla keçirilən son oyun barədə danışarkən deyib.
“Dalğa Arena”da baş tutan qarşılaşmada rəqibini 3:0 hesabı ilə darmadağın edən komandamız 10 xalla C liqasının 3-cü qrupunu 2-ci pillədə başa vurub.
Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssis komandasının çıxışını dəyərləndirib:
“Əvvəlkilərdən daha az səhv elədik. Amma şansları qola çevirmək baxımından daha yaxşı olmalıyıq. Komandamın ikinci hissədəki çıxışından razı qaldım. Qrupdakı matçların hamısında yaxşı oynadıq. Qazaxıstana ilk görüşdə məğlub olduğumuz zaman da qələbəyə biz layiq idik. Pozitiv yoldayıq, komanda inkişaf edir”.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:29 / 25.09.2022
“Əvvəlkilərdən daha az səhv elədik” - Azərbaycan yığmasının baş məşqçisi
Hazırda oxunan: “Əvvəlkilərdən daha az səhv elədik” - Azərbaycan yığmasının baş məşqçisi
Hazırda oxunan: “Əvvəlkilərdən daha az səhv elədik” - Azərbaycan yığmasının baş məşqçisi
95725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.