Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 6-da Latviyanın paytaxtı Riqada start götürəcək Olimpiya çəkiləri üzrə Avropa çempionatı üçün heyəti müəyyənləşib.
Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, 2 gün davam edəcək yarışda yığmanın 6 üzvü mübarizə aparacaq.
Azərbaycanı qitə çempionatında baş məşqçi Məmməd Abdullayevin rəhərliyi altında Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) təmsil edəcəklər.
Milli komanda artıq turnirin hazırlığına başlayıb. Federasiyanın idman zalında təşkil olunan təlim-məşq toplanışı oktyabrın 3-də başa çatacaq. Komanda Riqaya oktyabrın 4-də yollanacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
12:34 / 24.09.2022
Taekvondo yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı
Hazırda oxunan: Taekvondo yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı
Hazırda oxunan: Taekvondo yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı
95561
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.