Millimizin oyunçularına Slovakiya üzərində qələbəyə görə nə qədər pul mükafatı verilib? – AFFA-dan RƏSMİ

Millimizin oyunçularına Slovakiya üzərində qələbəyə görə nə qədər pul mükafatı verilib? – AFFA-dan RƏSMİ

Hazırda oxunan: Millimizin oyunçularına Slovakiya üzərində qələbəyə görə nə qədər pul mükafatı verilib? – AFFA-dan RƏSMİ

95531

Azərbaycan millisi Millətlər Liqası çərçivəsində Slovakiya yığmasını səfər matçında 2-1 yenərək Vətənə sevinc bəxş ediblər. Seçməmizin bu uğuru Azərbaycanda hər kəsin ürəyinə sevinc bəxş edib.

Bizim.Media-nın sosial şəbəkələrə istinadən verdiyi məlumata görə, nillimizin səfər matçında bu uğurlu addımı AFFA rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Millimizin Slovakiya qələbəsi: Təsəlli, yoxsa inkişaf? - VİDEO


Xəbərdə deyilir ki, AFFA tərəfindən yığmamızın hər bir oyunçusuna 30 min manat mükafat verilib. O da qeyd olunub ki, bu məbləğ oyunçularımız tərəfindən şəhid və qazi ailələrinə bağışlanılması planlaşdırılır.

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə yaratdıq. O, saytımıza bildirdi ki, ənənəvi olaraq hər oyun sonrası millimizin oyunçularına mükafat verilir:

“Lakin məbləğ ilə bağlı mən açıqlama verə bilməyəcəyəm. Çünki uzun illərdir ki, AFFA mükafatı verən tərəf olduğu üçün məbləği açıqlamağı etik saymır. Şəhid və qazi ailələrinə oyunçuların pul bağışlaması məsələsi ilə bağlı isə hər hansı məlumat yoxdur”.

Zakir Abbas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO