Qaradan Slovakiya ilə oyunla bağlı diqqətçəkən paylaşım - FOTO

Qaradan Slovakiya ilə oyunla bağlı diqqətçəkən paylaşım - FOTO

Hazırda oxunan: Qaradan Slovakiya ilə oyunla bağlı diqqətçəkən paylaşım - FOTO

95352

“Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan millisinin Slovakiyaya qarşı dünən keçirdiyi Millətlər Liqasının oyunu ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, millinin budəfəki toplanışına dəvət almayan oyunçunun İnstaqramda izləyiciləri ilə bölüşdüyü şəkil diqqət çəkib.

O, millidə geyindiyi forma ilə televizor qarşısında duraraq Azərbaycanın himnini ayaq üstə dinləyib. Bu zaman ekranda Qaranın millidəki komanda yoldaşları görünüb.

Matç başa çatdıqdan sonra isə Qara daha bir paylaşım edərək Azərbaycan komandasını 2:1 hesablı qələbə münasibəti ilə təbrik edib.
Xatırladaq ki, millinin baş məşqçisi Canni de Byazi Qaranı Slovakiya və Qazaxıstanla matçlara dəvət almaması barədə danışarkən qısaca bildirib: “Qara milliyə nəyə görə dəvət edilmədiyini özü bilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO