Şuşa beynəlxalq şahmat turnirinin PÜŞKÜ ATILDI

Şuşa beynəlxalq şahmat turnirinin PÜŞKÜ ATILDI

Hazırda oxunan: Şuşa beynəlxalq şahmat turnirinin PÜŞKÜ ATILDI

95033

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən ilk beynəlxalq şahmat turnirinin püşkü atılıb. 

Bizim.Media xəbər verir ki, püşkatma zamanı qadın şahmatçılara kəlağayı, kişi qrossmeysterlərə isə milli papaq hədiyyə olunub.

“Shusha Chess 2022” turnirinin ilk turunda qarşılaşacaqlar 

Kişilər 

Şəhriyar Məmmədyarov - Qədir Hüseynov 

Teymur Rəcəbov - Parham Maqsudlu (İran) 

Rüstəm Qasımcanov (Özbəkistan) - Rauf Məmmədov 

Vasif Durarbəyli - Hao Vanq (Çin) 

Mustafa Yılmaz (Türkiyə) - Santoş Qucrati Vidit (Hindistan) 

Qadınlar 

Gövhər Beydullayeva - Xanım Balacayeva 

Nana Dzaqnidze (Gürcüstan) - Günay Məmməzadə 

Ülviyyə Fətəliyeva - Gülnar Məmmədova 

Marsel Efroimski (İsrail) - Yolanta Zavadska (Polşa) 

Kübra Öztürk Güvənli (Türkiyə) - Meri Arabidze (Gürcüstan) 

Qeyd edək ki, turnirin oyunları Qarabağ hotelində keçiriləcək. İlk tur bu gün Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Turnirə sentyabrın 24-də yekun vurulacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO