"Sumqayıt" klubu baş məşqçisi ilə yollarını ayırdı

Hazırda oxunan: "Sumqayıt" klubu baş məşqçisi ilə yollarını ayırdı

94979

“Sumqayıt” komandası baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb.

Bizim.Media "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Klub belaruslu baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. "Sumqayıt" cari mövsüm Premyer Liqada 7 oyundan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO