“Qarabağ” bu gün Fransa klubu ilə qarşılaşacaq

“Qarabağ” bu gün Fransa klubu ilə qarşılaşacaq

Hazırda oxunan: “Qarabağ” bu gün Fransa klubu ilə qarşılaşacaq

93937

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupundakı II sınağında Fransa “Nant”ını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək.

“Köhlən atlar”dan zədəli Kevin Medina, Maksim Medvedev və Bədavi Hüseynov oyunu buraxacaq. Qonaqlardan isə Şarl Traore eyni səbəbdən meydana çıxmayacaq. 

“Nant” ilk turda Yunanıstan “Olimpiakos”unu məğlub edib - 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.

G qrupunun digər matçında “Olimpiakos” “Frayburq”u qəbul edəcək. 

UEFA Avropa Liqası 

Qrup mərhələsi, II tur 

15 sentyabr 

20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa)

Baş hakim: Enea Yorqyi (Albaniya) 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu 

Xal durumu: “Frayburq” - 3. “Nant” - 3. “Qarabağ” - 0. “Olimpiakos” - 0. 

Qeyd edək ki, qrupun digər matçında “Frayburq” “Olimpiakos”un qonağı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO