AVRO-2023: Azərbaycanın potensial RƏQİBLƏRİ

AVRO-2023: Azərbaycanın potensial RƏQİBLƏRİ

Hazırda oxunan: AVRO-2023: Azərbaycanın potensial RƏQİBLƏRİ

93300

Qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin bütün iştirakçıları dəqiqləşib.

Bizim.Media xəbər verir ki, AVRO-2023-də 24 komanda mübarizə aparacaq.

Dörd yığmanın meydan sahibi, səkkizinin isə AVRO-2021-in nəticələrinə görə birbaşa vəsiqə qazandığı yarışın 12 iştirakçısı seçmə mərhələdə bəlli olub. Seçmə mərhələnin altı qrupunun hərəsindən iki komanda, o cümlədən Azərbaycan millisi AVRO-2023-ə yüksəlib.

Meydan sahibləri: Belçika, Estoniya, İtaliya, Almaniya

AVRO-2021-dən vəsiqə qazananlar: Serbiya, Türkiyə, Niderland, Polşa, Rusiya, Fransa, İsveç, Bolqarıstan

A seçmə qrupu: Rumıniya, Xorvatiya

B seçmə qrupu: Çexiya, Finlandiya

C seçmə qrupu: Ukrayna, Macarıstan

D seçmə qrupu: Sloveniya, Azərbaycan

E seçmə qrupu: Slovakiya, İspaniya

F seçmə qrupu: Bosniya və Herseqovina, YunanıstanQeyd edək ki, bütün yarışlardan kənarlaşdırılan Rusiya yığmasının qazandığı birbaşa vəsiqənin taleyinə hələ tam aydınlıq gəlməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO