Rusiyalı cüdoçu Azərbaycan millisinə CƏLB OLUNDU

Rusiyalı cüdoçu Azərbaycan millisinə CƏLB OLUNDU

Hazırda oxunan: Rusiyalı cüdoçu Azərbaycan millisinə CƏLB OLUNDU

92629

Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni idmançı cəlb olunub.

Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək.
23 yaşlı cüdoçu 10-11 sentyabrda İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında Açıq Avropa turnirində Azərbaycan yığmasında debüt edəcək.

Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə isə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 3 ilə yaxındır Rusiya yığmasının heyətində beynəlxalq yarışlarda iştirak etmirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO