"Qarabağ" beynəlxalq təcrübəyə malikdir" - "Frayburq"un baş məşqçisi

Hazırda oxunan: "Qarabağ" beynəlxalq təcrübəyə malikdir" - "Frayburq"un baş məşqçisi

92590

"Matçı səbirsizliklə gözləyirik. Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən, beynəlxalq təcrübəyə malik komanda var".

Bizim.Media xəbər verir ki, bu sözləri Almaniyanın "Frayburq" klubunun baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, Ağdam klubu ilə matçın onlar üçün vacib olduğunu bildirib: "Son illər avrokuboklarda sabit çıxış sərgiləyən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik".
Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO