Çempionlar Liqasında qrup mərhələsi başladı

Çempionlar Liqasında qrup mərhələsi başladı

Hazırda oxunan: Çempionlar Liqasında qrup mərhələsi başladı

92508

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start verilib. 
 
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 4 qrupda ümumilikdə 8 görüş keçirilib. 
 
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) Xorvatiyada İngiltərə "Çelsi"sinə qalib gəlib. 
 
PSJ "Yuventus"u, "Mançester Siti" "Sevilya"nı, "Real" "Seltik"i məğlub edib. "Milan" səfərdə "Zaltsburq"la heç-heçəyə razılaşıb. 
 Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq. 
 
Çempionlar Liqası 
 
Qrup mərhələsi, 1-ci tur 
 
6 sentyabr 
 
E qrupu 

20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0 
 
Qol: Mislav Orşiç, 13 
 
23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya) - 1:1 
 
Qollar: Noa Okafor, 28 - Aleksis Salemakers, 40 
 
Xallar: "Dinamo" - 3, "Milan" - 1, "Zaltsburq" - 1, "Çelsi" - 0. 
 
F qrupu 

23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:4 
 
Qollar: Məhəmməd Simakan, 57 - Maryan Şved, 16; 58, Mixail Mudrik, 76,  Lassina Traore, 85 
 
23:00. "Seltik" (Şotlandiya) - "Real" (İspaniya) - 0:3 
 
Qollar: Vinisius Junior, 56, Luka Modriç, 60, Eden Azar, 77 
 
Xallar: "Şaxtyor" - 3, "Real" - 3, "Leyptsiq" - 0, "Seltik" - 0. 
 
G qrupu 

20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka) - 3:0 
 
Qollar: Marko Roys, 35,  Rafael Gerreyro, 42, Cud Bellingem, 83 
 
23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:4 
 
Qollar: Erlinq Haaland, 20; 67, Fil Foden, 58, Ruben Diaş, 90+2 
 
Xallar: "Mançester Siti" - 3, "Borussiya" - 3, "Kopenhagen" - 0, "Sevilya" - 0. 
 
H qrupu 

23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya) - 2:1 
 
Qollar: Kilian Mbappe, 6; 22 - Ueston Makkenni, 53 
 
23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail) - 2:0 
 
Qollar: Rafa Silva, 50. Alexandro Qrimaldo, 54 
 
Xallar: "Benfika" - 3, PSJ - 3, "Yuventus" - 0, "Makkabi" - 0. 
 
7 sentyabr  
 
A qrupu 
 
20:45. "Ayaks" (Niderland) - "Reyncers" (Şotlandiya) 
 
23:00. "Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) 
 
B qrupu 
 
23:00. "Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya) 
 
23:00. "Brügge" (Belçika) - "Bayer" (Almaniya) 
 
C qrupu 
 
23:00. "Barselona" (İspaniya) - "Viktoriya" (Plzen, Çexiya) 
 
23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya) 
 
D qrupu 
 
20:45. "Ayntraxt" (Frankurt, Almaniya) - "Sportinq" (Portuqaliya) 
 
23:00. "Tottenhem" (İngiltərə) - "Marsel" (Fransa)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO