Fərid Qayıbov federasiyaların nümayəndələri ilə görüşdü - FOTO

Fərid Qayıbov federasiyaların nümayəndələri ilə görüşdü - FOTO

Hazırda oxunan: Fərid Qayıbov federasiyaların nümayəndələri ilə görüşdü - FOTO

92421

Olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə beşinci görüş keçirilib.

Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil etmiş növlər üzrə federasiyaların nümayəndələri də iştirak ediblər.

Bakı Gənclər Mərkəzində baş tutan toplantıda gənclər və idman naziri Fərid Qayıbov federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, “V İslam Həmrəyliyi Oyunlarının hesabatı”, “Federasiyalar tərəfindən V İslam Həmrəyliyi Oyunlarında qazanılmış nəticələrin analitik təhlili”, “İdmançıların (həmçinin məşqçi, hakim və s.) lisenziyalaşdırılması prosesi”, “Media”, “Paris–2024 Yay Olimpiya Oyunlarına lisenziya yarışları üçün üçün iş planı” və digər məsələlər müzakirə edilib.
Tədbirdə F.Qayıbov nazirliyin Kollegiya qərarı ilə “İdman ustası” fəxri adına layiq görülmüş idmançılara müvafiq vəsiqə və nişanları təqdim edib.

Görüşdə həmçinin Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə İdman Azarkeşləri və Könüllüləri İctimai Birliyinin təqdimatları da dinlənilib.

Bizim.Media





























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO