Ronaldo

Ronaldo "Yunayted"in Avropa Liqası HEYƏTİNDƏ 

Hazırda oxunan: Ronaldo "Yunayted"in Avropa Liqası HEYƏTİNDƏ 

92365

"Mançester Yunayted" Avropa Liqasının qrup mərhələsində keçirəcəyi matçlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. 

Bizim.Media xəbər verir ki, siyahıda sonuncu dəfə 2002/03 mövsümündə Avropa Liqasında çıxış edən hücumçu Kriştiano Ronaldo da var.

Həmin vaxt turnir UEFA Kuboku adlanırdı və 37 yaşlı hücumçu Portuqaliya "Sportinq"inin formasını geyinirdi.

"Mançester Yunayted"in Avroliqa üçün heyəti: 

Qapıçılar: David de Xea , Martin Dubravka, Tom Hiton 

Müdafiəçilər: Dioqo Dalot, Viktor Lindelof, Harri Maquayr, Tirell Malasia, Lisandro Martinez, Luk Şou, Aksel Tuanzebe, Rafael Varan, Aaron Van-Bissaka 

Yarımmüdafiəçilər: Kazemiro, Kristian Eriksen, Bruno Fernandeş , Fred, Skott Maktomini, Fakundo Pellistri, Ceydon Sanço, Donni van de Bek 

Hücumçular: Antoni, Aleksandro Qarnaço, Entoni Marsial, Markus Reşford, Kriştiano Ronaldo. 

Xatırladaq ki, “Mançester Yunayted” Avropa Liqasının qrup mərhələsində “Omoniya”, “Şerif” və “Real Sosyedad”la qarşılaşacaq. Komanda 1-ci tur matçını sabah evdə "Real Sosyedad"a qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO