Falkao

Falkao "Real Madrid"lə matçda iştirak edə bilər

Hazırda oxunan: Falkao "Real Madrid"lə matçda iştirak edə bilər

92168
 

Türkiyənin "Qalatasaray" klubunun zədəli futbolçusu Radamel Falkao Çempionlar Liqasının qrup mərhələsinın IV turunda "Real Madrid"lə İspaniyadakı matçda iştirak edə bilər.

Sfera.az xəbər verir ki, bir aydır komanda ilə birlikdə məşqlərə qatıla bilməyən 33 yaşlı hücumçu son günlər fərdi məşqlərə start verib. İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim kolumbiyalı oyunçu ilə görüşüb və onun İspaniyadakı səfər oyununda çıxış etməsinin önəmli olduğunu vurğulayıb.

Təcrübəli forvard görüşə kimi tam hazır olmasa, start heyətdə deyil, sonradan oyuna daxil ola bilər.

Qeyd edək ki, noyabrın 6-da keçiriləcək "Real Madrid" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO