“Qarabağ”ın Avropa Liqasındakı MÖVQEYİ

“Qarabağ”ın Avropa Liqasındakı MÖVQEYİ

Hazırda oxunan: “Qarabağ”ın Avropa Liqasındakı MÖVQEYİ

91842

Avropa Liqasının əsas mərhələsində yeni mövsümün startına qısa müddət qalmış turnirin ümumi cədvəli açıqlanıb.

Bizim.Media xəbər verir ki, siyahıda 2009-cu ildən indiki adla təşkil olunan yarışın əsas mərhələsinin nəticələri əksini tapıb.

Siyahıda Azərbaycanın üç komandası yer alıb.

Belə ki, bu il turnirə 7-ci dəfə qatılan “Qarabağ” klublarımız arasında ən yaxşı mövqeyə malikdir.

Ağdamlılar siyahının 91-ci pilləsində qərarlaşıb. Qələbəyə görə iki xal prinsipinin əsas götürüldüyü cədvəldə ağdamlıların 20 xalı var.

3 xalı olan “Neftçi” 197-ci, 2 mövsümdə 12 oyuna çıxan “Qəbələ” isə 217-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, cədvələ 118 xalla İspaniyanın “Vilyareal” klubu rəhbərlik edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO