Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara səsləndi

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara səsləndi

Hazırda oxunan: Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara səsləndi

91793

Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədov Bakıda keçiriləcək vida döyüş gecəsi ilə bağlı tamaşaçılara müraciət edib.

Bizim.Media xəbər verir ki, "Mauqli" ləqəbli idmançı Milli Gimnastika Arenasında keçiriləcək döyüş gecəsində dəstək üçün tamaşaçıları gözlədiyini bildirib.

Qeyd edək ki, bu döyüş gecəsi sentyabrın 10-da keçiriləcək. Yarış saat 18:00-da başlayacaq. Zabit Səmədov "Yekəayaq" ləqəbli braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silva ilə qarşılaşacaq.

Bu, Səmədovun karyerasında sonuncu – 116-cı döyüşü olacaq. Qalib gələcəyi halda, ona Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəməri təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO