\

\"Qarabağ\"ın rəqibindən 6 milyonluq transfer

Hazırda oxunan: \"Qarabağ\"ın rəqibindən 6 milyonluq transfer

91727

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u daha bir transferini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Pirey təmsilçisi Danimarkanın “Kopenhagen” klubundan Pep Bieli transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. 

“Olimpiakos” 25 yaşlı yarımmüdafiəçinin transferi üçün Danimarka klubuna 6 milyon avro ödəyib. 

Qeyd edək ki, 2019-cu uldən Danimarka klubunda çıxış edən ispaniyalı futbolçu bu komandada 128 oyuna 32 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO