UEFA Emre Belözoğlunu cəzalandırdı

UEFA Emre Belözoğlunu cəzalandırdı

Hazırda oxunan: UEFA Emre Belözoğlunu cəzalandırdı

91529

UEFA Türkiyənin "Başakşehir" komandasının baş məşqçisi Emre Belözoğlunu cəzalandırıb.

Bizim.Media "Milliyet"ə istinadən xəbər verir ki, buna 42 yaşlı mütəxəssisin İsrailin "Makkabi" (Netanya) komandasına qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Pro lisenziyası olmadığı halda, texniki zonada yer alması səbəb olub. 

UEFA Belözoğlunu lisenziyası olanadək avrokubok matçlarından iştirakdan uzaqlaşdırıb. 

İstanbul təmsilçisi 10 min avro cərimələnib. Avropa futbol qurumu İsraildəki cavab görüşünün gec başlaması səbəbindən "Başakşehir"ə eyni məbləğdə cəza kəsib.  

Belözoğlunun köməkçisi Erdinç Sözerə isə xəbərdarlıq olunub. 

Qeyd edək ki, Türkiyədə rəqibi ilə 1:1 hesablı heç-heçə edən "Başakşehir" İsraildə minimal hesablı qələbə qazanıb və qrup mərhələsinə yüksəlib. A qrupunda yer alan komandanın rəqibləri "Fiorentina" (İtaliya), "Harts" (Şotlandiya) və RFŞ (Latviya) olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO