"Qarabağ" Vadjini rekord qiymətə satdı – TRANSFER QİYMƏTİ 

Hazırda oxunan: "Qarabağ" Vadjini rekord qiymətə satdı – TRANSFER QİYMƏTİ 

91391

İbrahima Vadjinin Fransanın köklü klubu "Sent-Etyen"ə transferinin detalları müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, seneqallı forvard Azərbaycan futbol tarixinə ən bahalı transfer kimi düşüb. 

"Qarabağ" futbolçusunun transferindən 1,6 milyon avro qazanıb. Bu isə təxminən 2 milyon 728 min manat deməkdir.

"Qarabağ" Vadjini ötən yay Norveçin "Höuqesunn" klubundan 500 min avroya almışdı. Klub futbolçunu üçqat baha qiymətə satıb. 
Qeyd edək ki, ötən yay transfer olunmuş seneqallı futbolçu “Qarabağ”da keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO