Bu gün “Qəbələ”nin UEFA Gənclər Liqasında rəqibi müəyyənləşəcək

Bu gün “Qəbələ”nin UEFA Gənclər Liqasında rəqibi müəyyənləşəcək

Hazırda oxunan: Bu gün “Qəbələ”nin UEFA Gənclər Liqasında rəqibi müəyyənləşəcək

91257

Bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkü atılacaq. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə ilk iki mərhələnin cütləri müəyyənləşəcək.

Bizim.Media xəbər verir ki, Azərbaycan Gənclər Liqasının çempionu “Qəbələ”nin ilk mərhələdə üz-üzə gələcəyi komanda, həmçinin növbəti raunddakı mümkün rəqibi bəlli olacaq.

Çempionlar yolunda 32 komanda mübarizə aparacaq. Bunlar “Nant” (Fransa), “Alkmaar” (Niderland), “Genk” (Belçika), “Hibernian” (Şotlandiya), “Rux” (Ukrayna), “Qalatasaray” (Türkiyə), “Omoniya” (Kipr), “Srvena Zvezda” (Serbiya), “Slaviya” (Çexiya), “Hayduk” (Xorvatiya), “Yanq Boyz” (İsveçrə), “Panatinaikos” (Yunanıstan), “Aşdod” (İsrail), “Molde” (Norveç), AİK (İsveç), “Slaviya” (Bolqarıstan), “Çiksereda” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Astana” (Qazaxıstan), MTK (Macarıstan), “Zaqlebiye” (Polşa), “Domjale” (Sloveniya), “Trençín” (Slovakiya), “Jalgiris” (Litva), “Rasinq” (Lüksemburq), “Borats” (Bosniya və Herseqovina), “Şemrok Rovers” (İrlandiya), “Pobeda” (Şimali Makedoniya), “Pünik” (Ermənistan), “Yelqava” (Latviya), “Apoloniya” (Albaniya), “Kolreyn” (Şimali İrlandiya) klublarıdır.

Püşk öncəsi komandalar 4 qrupa bölünüb. Üçüncü “səkkizlik”də yer alan “Qəbələ”nin U-19 komandasının 7 mümkün rəqibi müəyyənləşib: “Rux” (Ukrayna), MTK (Macarıstan), “Zaqlebiye” (Polşa), “Hayduk” (Xorvatiya), “Trençín” (Slovakiya), “Jalgiris” (Litva), “Yelqava” (Latviya).
Birinci mərhələnin oyunları sentyabrın 14-də və oktyabrın 5-də baş tutacaq. İkinci raund oktyabrın 26-da və noyabrın 2-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO