Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki "Grand Chess Tour"un IV mərhələsində məzəli hadisə ilə üzləşib.
Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster FIDE-ni təmsil edən rusiyalı Yan Nepomnyaşi ilə blits qarşılaşmasında səhvə yol verib.
Məmmədyarov at fiquru ilə düzgün olmayan gediş edib. Bu hadisədən sonra hər iki şahmatçı gülməyə başlayıb.
Qaydalara əsasən, Azərbaycan təmsilçisi əlini ata qoyduğu üçün məhz həmin fiqurla daha düzgün gediş etməli olub. Lakin bu zaman rəqib əlavə iki dəqiqə vaxt əldə edib.
Qeyd edək ki, qarşılaşma Yan Nepomnyaşinin qələbəsi ilə bitib. Hazırda 10 xala malik Məmmədyarov ABŞ şahmatçısı Fabiano Karuana ilə birlikdə 7-8-ci yerləri bölüşdürür. Nepomnyaşi isə ABŞ təmsilçisi Syun Ceffri ilə birlikdə hərəyə 14 xalla 4-5-ci yerləri bölüşür. 10 qrossmeysterin iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:38 / 30.08.2022
Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə - VİDEO
Hazırda oxunan: Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə - VİDEO
Hazırda oxunan: Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə - VİDEO
91095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.