“Qarabağ”ı Avroliqada gözləyən mükafat

“Qarabağ”ı Avroliqada gözləyən mükafat

Hazırda oxunan: “Qarabağ”ı Avroliqada gözləyən mükafat

90672

Avropa Liqasının qrupunda yarışacaq “Qarabağ” uğurlu çıxış edəcəyi halda öz büdcəsini də artıra bilər. 

Məlum olduğu kimi, Ağdam klubu G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant”la (Fransa) mübarizə aparacaq. Qrupun matçları aşağıda qeyd edilən bu tarixlərdə keçiriləcək: 

1-ci tur: 8 sentyabr 

2-ci tur: 15 sentyabr 

3-cü tur: 6 oktyabr 

4-cü tur: 13 oktyabr 

5-ci tur: 27 oktyabr 

6-cı tur: 3 noyabr 

Bizim.Media xəbər verir ki, bu ilin iyulunda UEFA avrokubokların mükafat fondunu təsdiq edib.

Buna əsasən, Avropa Liqasının qruplarında oynayacaq 32 klubun hər birinə 3 milyon 630 min avro mükafat veriləcək. Qrupdakı hər qələbəyə görə 630 min, heç-heçəyə görə isə 210 min avro mükafat nəzərdə tutulub.

Bundan başqa, aşağıda qeyd edilən hallarda da klublar büdcələrini artıra bilərlər: 

- Qrupun qalibi olduğuna görə - 1 milyon 100 min avro 

- Qrupun ikincisi olduğuna görə - 550 min avro 

- Pley-offdan 1/8 finala çıxdığına görə - 1,2 milyon avro 

- 1/4 finala çıxdığına görə - 1,8 milyon avro 

- 1/2 finala çıxdığına görə - 2,8 milyon avro 

- Finala çıxdığına görə - 4,6 milyon avro 

- Liqanın qalibi olduğuna görə - 4 milyon avro 

Beləliklə, “Qarabağ” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsində oynadığına görə 5 milyon avro, Avropa Liqasının qrupuna vəsiqə qazandığı üçün isə 3 milyon 630 min avro mükafatı təmin edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO