Millət vəkillərindən Şahruddinə DƏSTƏK GƏLDİ – Ağasəlim Mircavadov isə fərqli düşünür

Millət vəkillərindən Şahruddinə DƏSTƏK GƏLDİ – Ağasəlim Mircavadov isə fərqli düşünür

Hazırda oxunan: Millət vəkillərindən Şahruddinə DƏSTƏK GƏLDİ – Ağasəlim Mircavadov isə fərqli düşünür

90603

Ağdamın Qarabağ klubunun Çempionlar Liqasının pley-of mərhələsində Çexiyanın “Viktoriya” Plzen klubu ilə oyunda qapıçı Şahruddin Məhəmmədəliyevin səhvi nəticəsində top buraxaraq həmin turnirdə mərhələni dayandırması fonunda qapıçı son günlər diqqətə mərkəzinə düşüb.

Bir çox aşarkeş və ya mütəxəssis qapıçının bu səhvini bağışlanmaz hesab edirək, onu təhqir belə edir.

Yeri gəldi-gəlmədi mədəniyyətsiz şəkildə Qarabağ, eyni zamanda millimizin qapıçısı olan Məmmədəliyevin üstünə düşürlər:

Bizim.Media-ya açıqlamasında tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov öncə “Viktoriya-Qarabağ” oyunundakı vəziyyəti şərh edərək qeyd edir ki, rəqib “Qarabağ”ın səhvindən istifadə etsə də, Ağdam klubu onların səhvlərindən istifadə edə bilmədi:

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynamalı idi. Ağdam klubu “Viktoriya”dan xeyli üstün olub. Amma rəqib səhvimizdən yararlansa da, Qarabağ onların səhvlərindən yararlana bilmədi. Hər halda irəli baxmalıyıq.

Təsadüf bir və ya iki dəfə ola bilər. Üçüncü dəfə artıq təsadüf olmur. Oyun qanunları var. “Qarabağ”da həmin qanunlarla irəli gedir 

Nahaq yerə Şahruddin Məmmədəliyevi təhqir edirlər. Futbolçu səhv də edə bilər. Hər oyunda səhvlər olur. Amma o anlama gəlmir ki, səhvə yol verəni təhqir edək. Bu hal yolverilməzdir. Qarabağın qapıçısı bütün oyunları yüksək səviyyədə keçirib. Düzdür, səhvləri də olurdu”. 

Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, milli komandamızın qapıçısına qarşı sərgilənən davranışlar yolverilməzdir:

“O, Azərbaycanın ən dəyərli qapıçılarından biridir. İnsan səhvlərdən hali deyil. Ona görə də Şahruddinə münasibətdə tam səviyyəsiz və ədalətsiz hücumları görürüm. Bunu etmək olmaz. Ona qarşı tamamilə ədalətsiz davranış sərgilənib. Bir səhvə yol verdi deyə üzərinə ədəbsiz formada getmək lazım deyil. Tənqid oluna bilər. Amma o səhvi qəsdən etməyib”.

Deputat Aqil Abbas qapıçıdan çox “Qarabağ”ın hücumçularının çoxsaylı qol vəziyyətlərindən yararlana bilməməsindən gileyləndi:

“Hücumçularımız həmin oyunda 50-dən çox səhvə yol versə də heç onlara söz deyən yoxdur. Qapıçı da səhvə yol verə bilər. Ona görə təhqirlərə yol verməli deyilik ki? Xilas etdiyi anlardan niyə danışmırlar. Səhvə görə məndə qapıçını qınadım. Amma bu furboldur, orada hər şey ola bilər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO