"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi

Hazırda oxunan: "Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi

90582

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşib.

G qrupunda yer alan Qurban Qurbanovun komandası "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və  "Nant"la (Fransa) mübarizə aparacaq. "Qarabağ" rəsmi matçlarda ilk dəfə bu klublarla üz-üzə gələcək. 

G qrupu 

1. "Olimpiakos" (Yunanıstan) 

2. "Qarabağ" (Azərbaycan) 

3. "Frayburq" (Almaniya) 

4. "Nant" (Fransa) 

Qrup mərhələsinin oyunları aşağıda qeyd edilən tarixlərdə keçiriləcək: 

1-ci tur: 8 sentyabr 

2-ci tur: 15 sentyabr 

3-cü tur: 6 oktyabr 

4-cü tur: 13 oktyabr 

5-ci tur: 27 oktyabr 

6-cı tur: 3 noyabr 

Oyunlar Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlanacaq. 

Qrupun qalibi 1/8 finala vəsiqə qazanacaq. Qrup ikincisi isə pley-off-da (1/16 final) oynayacaq.

Burada rəqib Çempionlar Liqasının qrup üçüncüsü olan komanda olacaq. Avroliqada qrup üçüncüsü isə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində (1/16 final) davam etdirəcək.

Rəqib KL-də öz qrupunda ikinci yeri tutan 8 komandadan biri olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO