Azərbaycan – Avstriya oyununun hakimləri müəyyənləşib

Azərbaycan – Avstriya oyununun hakimləri müəyyənləşib

Hazırda oxunan: Azərbaycan – Avstriya oyununun hakimləri müəyyənləşib

90438

“Avro-2023”ün təsnifat mərhələsinin D qrupunda mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi avqustun 28-də Avstriya yığması ilə qarşılaşacaq. Oyunu idarə edəcək hakimlər müəyyənləşib.

Bizim.Media Avropa Voleybol Konfederasiyasının saytına istinadla xəbər verir ki, Bakıda Voleybol Mərkəzində təşkil olunacaq oyunun baş hakimi türk Meryem Tekol Pelenk olacaq. Ona serbiyalı Dejan Rogiç kömək edəcək.

Milli komandamız D qrupunda Avstriya, Gürcüstan və Sloveniya seçmələri ilə birgə mübarizə aparır.

Voleybolçularımız ilk iki görüşünü qələbə ilə başa vurublar. Belə ki, komandamız Gürcüstana həm evdə, həm də səfərdə 3:0 hesabı ilə qalib gəlib.

Ümumilikdə qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsinə yüksələcəklər.

Qeyd edək ki, “Avro-2023”ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO