Azərbaycan-Qazaxıstan oyununun biletləri satışa çıxarıldı

Azərbaycan-Qazaxıstan oyununun biletləri satışa çıxarıldı

Hazırda oxunan: Azərbaycan-Qazaxıstan oyununun biletləri satışa çıxarıldı

90376

Azərbaycan yığmasının Qazaxıstana qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyununun biletləri satışa çıxarılıb.

Bizim.Media "İTicket.az"ın rəsmi saytına istinadən xəbər verir ki, qiymət 2 - 10 manat aralığındadır. 

Azarkeşlər bir şəxsiyyət vəsiqəsi ilə 1 bilet əldə edə bilər.

Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

Yığma sentyabrın 22-də Slovakiyanın qonağı olacaq. Komanda C Liqasının 3-cü qrupunda 4 qarşılaşmadan sonra 4 xalla üçüncü pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO