"Qarabağ"la fəxr edirik!" - Prezidentin köməkçisi 

Hazırda oxunan: "Qarabağ"la fəxr edirik!" - Prezidentin köməkçisi 

90131

“Komandamızla həmişə fəxr edirik! Uğurlar, "Qarabağ!”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov tviter hesabında yazıb. 

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olub.
Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO