Futbol üzrə Azərbaycan Premyer Liqasının II turunda qapılara 18 qol vurulub.
Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 2022-ci ilin rekordudur.
“Neftçi” – “Kəpəz” (5:2) oyununda 7, “Zirə” – “Sabah” (1:3) və “Qəbələ” – “Şamaxı” (3:1) matçlarında 4, “Sumqayıt” – “Qarabağ” (0:2) görüşündə 2, “Səbail” – “Turan Tovuz” (0:1) qarşılaşmasında 1 qol qeydə alınıb.
Turun orta məhsuldarlığı 3,60-a bərabərdir.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə ötən mövsümün X turunda təsadüf olunub. Keçən il 6-7 noyabrdakı dörd görüşdə 17 top qeydə alınıb. Orta məhsuldarlıq 4,25-ə bərabər olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:12 / 15.08.2022
Azərbaycan Premyer Liqasında 2022-ci ilin REKORDU
Hazırda oxunan: Azərbaycan Premyer Liqasında 2022-ci ilin REKORDU
Hazırda oxunan: Azərbaycan Premyer Liqasında 2022-ci ilin REKORDU
88592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.