İslamiadada bədii gimnastika: Azərbaycan idmançılarının mükafatları - FOTO 

İslamiadada bədii gimnastika: Azərbaycan idmançılarının mükafatları - FOTO 

Hazırda oxunan: İslamiadada bədii gimnastika: Azərbaycan idmançılarının mükafatları - FOTO 

88553

Türkiyənin Konya şəhərində 5-ci İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə yarışların qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə Azərbaycan yığmasının fərdi proqramda - Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova, qrup hərəkətləri üzrə komandada - Daria Sorokina, Kamilla Əliyeva, Lyaman Əlimuradova, Güllü Ağalarzadəni, Elizaveta Luzan, Zeynəb Hümmətova iştirak edib.

Bugünkü yarışların nəticələrinə görə, Zöhrə Ağamirova halqa ilə proqramda “gümüş”, topla hərəkətdə “bürünc”, gürzlərlə proqramda “qızıl”, lentlə kompozisiya üzrə “qızıl” medala layiq görülüb.

Komanda beş halqa ilə qrup hərəkətində gümüş, üç lent və iki topla hərəkətdə isə qızıl medal qazanıb.

Həmçinin dünənki yarışlarda Azərbaycan komanda hesabında qızıl medal qazanıb. Mükafatı fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova qazanıblar. Bununla yanaşı, bədii gimnastika üzrə qrup hərəkətlərində Azərbaycan komandası çoxnövçülükdə (iki hərəkətin cəmi) “qızıl” qazanıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Onların nəticələrinə görə, idmançılar 355 medalla təltif olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO