"Kəpəz" azarkeşləri "Neftçi" ilə oyunda maraqlı pankart açıb

Hazırda oxunan: "Kəpəz" azarkeşləri "Neftçi" ilə oyunda maraqlı pankart açıb

88538

"Kəpəz" azarkeşləri "Neftçi"yə qarşı Azərbaycan Premyer Liqasının II tur oyununda maraqlı pankart açıb.

Bizim.Media xəbər verir ki, fanatlar ev oyunlarını Gəncə şəhər stadionunda keçirə bilmədikləri üçün narazılıqlarını bildiriblər.

Pankartda "Oğul sözlərimə yaxşı qulaq as, stadionsuz klub liqada olmaz" yazılıb.

Qeyd edək ki, Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqiblərini Qəbələdə qəbul edəcək. Komanda I turda "Zirə"yə 1:2 hesabı ilə uduzduqları matçı Bakıda "Dalğa Arena"da oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO