“Sumqayıt” makedoniyalı müdafiəçini TRANSFER ETDİ

“Sumqayıt” makedoniyalı müdafiəçini TRANSFER ETDİ

Hazırda oxunan: “Sumqayıt” makedoniyalı müdafiəçini TRANSFER ETDİ

87977

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib. 

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, komanda ötən mövsümü Slovakiyanın yüksək liqa təmsilçisi “Sered”də keçirmiş Şimali Makedoniya millisinin üzvü Todor Todoroski ilə 2 illik müqavilə imzalayıb.

23 yaşlı cinah müdafiəçisi 12 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Todor Todoroski karyerası ərzində Şimali Makedoniyanın “Vardar”, Xorvatiyanın “Osiyek”, “Sibernik”, və Serbiyanın “Radniçki” klubunda çıxış edib. Hazırda Şimali Makedoniyanın əsas milli komandasının şərəfini qoruyan Todoroski həmçinin U-17, U-18, U-19, U-20, U-21 milli komandalarına da cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO