Azərbaycanlı döyüşçü erməni zabiti bir zərbəyə diz çökdürdü  -Video

Azərbaycanlı döyüşçü erməni zabiti bir zərbəyə diz çökdürdü -Video

Hazırda oxunan: Azərbaycanlı döyüşçü erməni zabiti bir zərbəyə diz çökdürdü -Video

87960
“Qələbəmi şəhid olan əsgər qardaşlarıma həsr edirəm”x9d.

25-26 iyul tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən kungq-fu sanda üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub.

Moderator.az  xəbər verir ki, 80 kq-da Azərbaycanı təmsil edən Babək Əliyev iranlı və gürcü rəqiblərini məğlub edərək finala çıxıb.

Finalda Babək erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb. Görüşdə erməni  rəqibinə aman verməyən Babək ayaq zərbəsi ilə onu nokauta salıb.

ATV.az-a açıqlamasında Babək bildirib: 

"Bu qələbəni canım vətənim, millətim adına aldığına görə çox sevincliyəm. Qələbəmi bu yaxınlarda şəhid olan əsgər qardaşlarıma həsr edirəm".

Xatırladaq ki, Babək məşhur məşqçi Ruslan Rzayevin yetirməsidir. Həmin döyüşün videosunu təqdim edirik.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO