Azərbaycanın kişi şahmatçıları Olimpiadada 7-ci yeri tutdu - Qalib ÖZBƏKİSTANDIR

Azərbaycanın kişi şahmatçıları Olimpiadada 7-ci yeri tutdu - Qalib ÖZBƏKİSTANDIR

Hazırda oxunan: Azərbaycanın kişi şahmatçıları Olimpiadada 7-ci yeri tutdu - Qalib ÖZBƏKİSTANDIR

87691

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirib. 

Bizim.Media xəbər verir ki, yığma XI turda Serbiya ilə üz-üzə gəlib. 

Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 2,5:1,5. 

Beləliklə, milli yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan isə olimpiadanın qalibi olub. İkinci yeri Ermənistan komandası tutub.

Qeyd edək ki, qadınlardan ibarət komanda Gürcüstan seçməsi ilə qarşılaşır. Hazırda hesab bərabərdir - 1:1. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO