Qadınlardan ibarət Azərbaycan yığması Şahmat Olimpiadasında qələbə qazandı

Qadınlardan ibarət Azərbaycan yığması Şahmat Olimpiadasında qələbə qazandı

Hazırda oxunan: Qadınlardan ibarət Azərbaycan yığması Şahmat Olimpiadasında qələbə qazandı

87396

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, IX turda Monqolustanla görüşən yığma 2,5:1,5 hesablı qələbə qazanıb.

Günay Məmmədzadə və Xanım Balacayevanın qalib gəldiyi turda Gövhər Beydullayeva heç-heçə edib, Gülnar Məmmədova isə uduzub.

Ümumdünya Şahmat Olimpiadası

IX tur

Qadınlar

Azərbaycan - Monqolustan

Günay Məmmədzadə - Enhtul Altan-Ulzi - 1:0

Xanım Balacayeva - Bayarjarqal Bayarmaa - 1:0

Gövhər Beydullayeva - Turmunk Munheul - 0:5:0,5

Gülnar Məmmədova - Bat-Erdene Munquneul - 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO