Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın idman nümayəndə heyətinin bayraqdarları məlum olub.
Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, avqustun 9-da təşkil olunacaq açılış mərasimində ölkənin adı yazılan lövhəni sərbəst güləşçi Hacı Əliyev (65 kq) daşıyacaq.
Üçrəngli bayrağı isə atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparacaqlar.
Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu, Avropa Oyunlarının qızıl və bürünc mükafatçısıdır.
Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.
Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun qalibi, “Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:09 / 07.08.2022
Azərbaycan komandasının İslamiadadakı bayraqdarları bəlli oldu
Hazırda oxunan: Azərbaycan komandasının İslamiadadakı bayraqdarları bəlli oldu
Hazırda oxunan: Azərbaycan komandasının İslamiadadakı bayraqdarları bəlli oldu
87395
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.