“Şuşa Kuboku”nun final görüşü keçiriləcək

“Şuşa Kuboku”nun final görüşü keçiriləcək

Hazırda oxunan: “Şuşa Kuboku”nun final görüşü keçiriləcək

87237

Bu gün Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü oyunu üzrə “Şuşa Kuboku”nun final görüşü keçiriləcək.

Bizim.Media xəbər verir ki, final görüşündə “Buta Qolden” və “Polad” komandaları birincilik uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, qrup oyunları nəticəsində 3 güc səbətindən eyni reytinqə sahib olan komandalar arasında A Qrupunda yer alan “Sərhədçi Dilbaz” və “Polad” komandaları, B Qrupundan isə “Buta Qolden” və “Köhlən” komandaları yarımfinala vəsiqə qazanıb.
Yarımfinal oyunlarında “Buta Qolden” komandası “Sərhədçi Dilbaz” komandası üzərində 5-3 hesablı, “Polad” komandası isə “Köhlən” komandası üzərində 4-0 hesablı qələbə qazanıb. 

“Sərhədçi Dilbaz” və “Köhlən” komandaları arasında “Şuşa Kuboku”nda 3-cü yer uğrunda mübarizə isə “Sərhədçi Dilbaz” komandasının 5-0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO