Azərbaycan Premyer Liqasında yeni mövsüm başladı - FOTO

Azərbaycan Premyer Liqasında yeni mövsüm başladı - FOTO

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında yeni mövsüm başladı - FOTO

87202

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib.

Bizim.Media xəbər verir ki, turun açılış oyununda "Kəpəz" "Dalğa Arena"da "Zirə" ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olduğu üçün "Kəpəz" ev oyununu Bakıda keçirib.

Qeyd edək ki, turun digər oyunları 6-7-8 avqust tarixlərində keçiriləcək.

5 avqust (cümə)

19:30. “Kəpəz” – “Zirə” - 1:2 

Qollar: Mohamed Hamdaui, 32 (0:1), Mixeil Erqemlidze, 45+1 (1:1), Sertan Taşkın, 90+4 (1:2)

Qırmızı vərəqə: Dmitrios Çantakias, 83-birbaşa qırmızı vərəqə ("Zirə")

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov

“Dalğa Arena”

6 avqust (şənbə)

20:00. “Qarabağ” – “Səbail”

“Azersun Arena”

7 avqust (bazar)

17:00.“Şamaxı” – “Neftçi”

Şamaxı şəhər stadionu

19:15. “Sabah” – “Sumqayıt”

“Bank Respublika Arena”

8 avqust (bazar ertəsi)

17:00. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO