Milli mətbəximizin ləziz nümunələrindən olan kabab xarici turistlərin də çox sevdiyi təamlarımız arasındadır. Amma kababın ləzzətini damağında saxlayıb, oyun zamanı da eyforiyadan ayılmayan oyunçu ilə heç vaxt qarşılaşmamışıq. Qarabağ FK-nın sayəsində bunu da gördük.
Maraqlı burasındadır ki, kabab iyinin onu necə məst etdiyini macar oyunçu özü etiraf edib:
3 Avqustda şəhərimizin qonağı olan Macarıstanın “Ferentsvaroş” klubu “Qarabağ”la etdiyi heç-heçədən sonra görünür hələ də, özünə gələ bilmir və Tofiq Bəhramov adına stadionda keçirdiyi uğursuz oyun üçün bəhanələr axtarmaqdadır.
Belə ki, Ferentsvaroşun sağ cinah müdafiəçisi Botka Endre, Macar telekanallarından birinə verdiyi müsahibədə Tofiq Bəhramov adına stadiondakı vəziyyətdən gileylənib. Oyunçunun sözlərinə görə, oyun zamanı stadionun ətrafında olan manqalların tüstüsü stadiona dolubmuş. Stadiondan gələn qarışıq yemək qoxuları onsuz da pis olan havanı biraz da ağırlaşdıraraq oyunçuya yüksək performans sərgiləməkdə mane olub(!).
“Bizdə belə bir məsəl var: “pişiyin əli ətə çatmayanda deyir ki, iylənmişdir”. Endre də yəqin ki, həyatında heç vaxt kabab görməyib və stadionda qoxunu hiss edən zaman buna görə hayıl-mayıl olub”.
Bu sözləri Botka Endrenin dedikləri barədə Bizim.Media-ya münasibət bildirən idman eksperti Ceyhun Əliyev söyləyib.
Ceyhun Əliyevin sözlərinə görə “Qarabağ”ın heyyətində də isti hava şəraitinə öyrəşməyən xeyli legioner var. Həmçinin Macarıstan təmsilçisinin heyyəti də tam olaraq mərkəzi avropa oyunçularından təşkil olunmayıb:
“Endrenin söylədikləri hamısı bəhanədir. Qarabağın üstünlüyü göz qabağında idi. Bu dəfə kabab adını çəkdi, gələn dəfə də deyəcək ki, vaxtilə Budapeşt şəhəri iki hissəyə bölünməli idi. Buda qədim şəhər, peşt isə yeni şəhər. Bunları uşaq bəhanəsinə bənzədirəm.
“Ferentsvaroş”un peşəkar məşqçi heyyəti və oyunçunun oynadığı klubun rəhbərliyi də, bunu yaxşı başa düşür. Tofiq Bəhramov adında stadionda Endreyə kimi yüzlərlə oyun keçirilib və indiyə qədər stadiondakı kabab iyininin tüstüsü Endredən başqa heç kimi məst etməyib”.
Təcrübəli futbol şərhçisi açıqlaması zamanı Endreyə narkoloqa görünməyi də, məsləhət görüb:
“Məncə, Endrenin Narkoloji Dispanserə getməyə ehtiyacı var. Açıqlamasından görünür ki, toksikamanlığa meyillidir. Tək idmançı yox, istənilən sağlam adam üçün də bu hal ziyanlı və təhlükəlidir”.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
İdman
18:30 / 05.08.2022
Kabab iyindən şikayətlənən macar oyunçuya ŞƏRHÇİDƏN CAVAB: “Narkoloji Dispanserə getməlidir”
Hazırda oxunan: Kabab iyindən şikayətlənən macar oyunçuya ŞƏRHÇİDƏN CAVAB: “Narkoloji Dispanserə getməlidir”
Hazırda oxunan: Kabab iyindən şikayətlənən macar oyunçuya ŞƏRHÇİDƏN CAVAB: “Narkoloji Dispanserə getməlidir”
87164
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.