Mingəçevirli cüdoçu Avropada gümüş medal qazandı - FOTO/VİDEO

Mingəçevirli cüdoçu Avropada gümüş medal qazandı - FOTO/VİDEO

Hazırda oxunan: Mingəçevirli cüdoçu Avropada gümüş medal qazandı - FOTO/VİDEO

86273

Avropa Gənclərin Yay Olimipiya Festivalında mingəçevirli cüdoçu gümüş medal qazanıb.

Bizim.Media-nın məlumatına görə, Slovakiyada  keçirilən yarışda 81 kiloqram çəki dərəcəsində çıxış edən İsmayıl Zamanov dörd görüş keçirib.

Təmsilçimiz Xorvatiya, İspaniya və Bolqarıstan idamançılarına qalib gələrək finala yüksəlib. Bu mərhələdə cüzi fərqlə Ukrayna təmsilçisinə uduzan İsmayıl Zamanov gümüş medala yiyələnib.

Bundan sonrakı günlərdə cüdoçumuz Slovakiyada komandalar arası yarışda Azərbaycanın gənclərdən ibarət cüdo millisini təmsil edəcək.

Qeyd edək ki, İsmayıl Zamanov bu il cüdo üzrə Avropa kubokunun sahibi olub.

Ehtiram Muradov, Bizim.Media - Mərkəzi Aran Bürosu

 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO