"Neftçi" "Aris"lə matçda üçüncü qolu vurdu - YENİLƏNİB

Hazırda oxunan: "Neftçi" "Aris"lə matçda üçüncü qolu vurdu - YENİLƏNİB

85980

"Neftçi"  "Aris"lə matçda üçüncü qol vurub.

Kenni Sayef 62-ci dəqiqədə növbəti dəfə qonaqları mərkəzə dəvət edib. "Ağ-qaralar"ın əvvəlki qollarını 38-ci dəqiqədə Qodsvey Donyo, 57-ci dəqiqə isə Eddi İsrafilov öz aktivinə yazdırıb.

*** 

Səfərdə 1:4 hesabı ilə uduzan “Qəbələ" doğma meydanda 2:1 hesabı ilə qələbə qazansa da, növbəti mərhələyə adalaya bilməyib.

***

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionatının gümüş mükafatçısı “Neftçi” də növbəti matçına çıxıb.

Paytaxt klubu Bakıda Kipr “Aris”ini qəbul edir. Görüş saat 21:00-da başlayıb. Səfərdə 0:2 hesabı ilə uduzan təmsilçimiz cavab matçında Qodsvey Donyonun qolu ilə hesabı açıb.

***

"Qəbələ" "Fehervar"la matçda yenidən önə keçib.

73-cü dəqiqədə yeni transfer Felipe Santos qapıçı ilə təkbətəkdən sonra fərqlənməyi bacarıb - 2:1.

*** 20.45

"Qəbələ" və Macarıstan "Fehervar"ı arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu start götürüb.

Bizim.Media xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanın 33-cü dəqiqəsində Rövlan Muradov hesabı açıb - 1:0.

Matçı avstriyalı referi Kristofer Yegerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, ilk matçda "Fehervar" qalib gəlib - 4:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO