Azərbaycanın qadın cüdoçusu QIZIL MEDAL qazandı

Azərbaycanın qadın cüdoçusu QIZIL MEDAL qazandı

Hazırda oxunan: Azərbaycanın qadın cüdoçusu QIZIL MEDAL qazandı

85780

Azərbaycanın qadın cüdoçusu Fidan Əlizadə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda niderlandlı Yuliya Berskensə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Azərbaycanın EYOF-da ilk qızıl medalı olub.

52 kq çəki dərəcəsindəki Aydan Vəliyeva isə bürünc medal uğrunda qarşılaşmada böyük britaniyalı Şarlotta Cenmana qalib gəlməklə 3-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 cüdoçusu Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO